-1 C
Baku
Sunday, December 15, 2024

“Xəzər” TV-dən dəyişikliklərlə bağlı məlumatlara reaksiya

Xəzər” TV qurumda rəhbərlik dəyişikliyi barədə yayılan xəbərlərə münasibət bildirib.

“Xəzər” TV MMC-dən bildirilib ki, son günlər  “Xəzər” TV MMC barədə mətbuatda həqiqətə,  heç bir real fakta söykənməyən əsassız məlumatlar yayılmaqdadır:

“Bəzi informasiya saytları xüsusi canfəşanlıqla guya “Xəzər” TV-nin rəhbərliyində və kollektivində dəyişikliklərin olduğu, hətta təhvil-təslim işlərinin  aparıldığı ilə bağlı məlumatlar yayırlar.  Maraqlısı budur ki, həmin saytlar bu yalan xəbərlərini hansısa mənbədən aldıqlarını iddia edirlər. Amma  “Xəzər” TV-nin mövqeyini heç öyrənməyə də cəhd etmirlər. Bu isə qarşı tərəfin mövqeyinin öyrənilməsi kimi jurnalistikanın ana prinsiplərinə xəyanətdir. Bu qərəzli mövqedən də aydın görünür ki, belə əsassız məlumatların yayılmasının məqsədi Xəzər TV-nin nüfuzunu zədələməkdir”.

“Xəzər” TV olaraq açıq bəyan edirik ki, televiziyada hər hansı bir dəyişiklik yoxdur. “Xəzər” TV əvvvəllər olduğu kimi  Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq normal iş qrafikində öz fəaliyyətini davam etdirir”,- deyə TV-dən qeyd ediblər.                                                         Oxu.az

 

Son xəbərlər
Digər xəbərlər