21 C
Baku
Saturday, March 15, 2025

Xəzər Universitetinə rektor əvəzi təyin olundu

Xəzər Universitetinə rektor əvəzi təyin olunub.

Banker.az Teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə ali məktəbin Direktorlar və Qəyyumlar Şurası qərar qəbul edib.

Qərara əsasən, Xəzər Universitetinin rektoru səlahiyyətlərinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor professor Məhəmməd Nuriyevə həvalə olunub.

M.Nuriyev 1946-cı ildə Zaqatalada andan olub. Texnika elmləri doktorudur. 1997-ci ildən Xəzər Universitetində çalışır.

Qeyd edək ki, Xəzər Universitetinin rektoru İradə Xəlilova bu il yanvarın 1-də öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıdır.

Son xəbərlər
Digər xəbərlər