2 C
Baku
Sunday, December 15, 2024

Xəzərin suyu duzsuzlaşdırılır – Zavod yaradılır (Yenilənib)

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavod yaradılacaq.

Banker.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, İsrailin su emalı sahəsində tanınmış “I.D.E. Water Assets Ltd” şirkəti və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında ölkəmizdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarından fəal istifadəsinə təkan verib.

“IDE” şirkəti 40 ölkədə fəaliyyət göstərməklə, 400-dən çox zavodun tikintisi və istismarı sahəsində 40 illlik təcrübəyə malikdir. Şirkət dünyanın ən böyük zavodları daxil olmaqla (Çin, Hindistan, ABŞ, Avstraliya və İsrail) bir sıra irimiqyaslı membran və termal duzsuzlaşdırma zavodlarının tikintisini həyata keçirib. Şirkət İsrail əhalisinin içməli suya tələbatının 70%-ni təmin edir.

 

Son xəbərlər
Digər xəbərlər