Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC ilə Mekorot Water Company şirkəti arasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumatda bildirilir.
İsrailin milli su operatoru Mekorot Water Company şirkətinin direktorlar şurasının sədri Amir Lang ölkəsində içməli suya olan tələbatın 90 faizinin təmsil etdiyi şirkət tərəfindən təmin etdiyini, istehlakçılara verilən suyun təqribən 60 faizinin dəniz suyunun duzsuzlaşdırılması ilə əldə olunduğunu bildirdi. Mekorot Water Company şirkəti və onun törəmə müəssisələri hazırda dünyanın bir sıra ölkələri ilə dəniz suyunun duzsuzlaşdırılması, eləcə də suyun idarə edilməsi sahəsində əməkdaşlıq edir.