24 avqust 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110001929 ISIN-li, 10 mln. manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 82.4417 AZN (12.3149%) və 101.5740 AZN (8.2%) olan 24 sifariş təqdim edilib.
Bu barədə Banker.az-a BFB-dan bildirilir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.1561 AZN (8.4699%), orta ölçülmüş qiyməti 100.4569 (8.4123%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,501,500.00 manat yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 15 avqust 2028-ci il.
Hərrac iştirakçıları 25 avqust 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.