10 C
Baku
Thursday, December 12, 2024

Xəzinə istiqrazlarının hərracdakı satış həcmi açıqlandı

27 aprel 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106013888 ISIN-li, 30 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az xəbər verir ki, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 96.000 AZN (9.0523%) və 100.5302 AZN (7.300%) olan 34 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.9498 AZN (7.9000%), orta ölçülmüş qiyməti 99.0202 (7.8730%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 148.619.8 min manat yerləşdirilmiş həcmi isə 45milyon manat təşkil edilib.

Qeyd edək ki, sonuncu dəfə 6 aprel 2021-ci il tarixində bu müddəti əhatə edən istiqrazların kəsmə qiyməti 100.0600 (7.4750 %), orta ölçülmüş qiyməti 100.2743 (7.3963%) müəyyən edilmişdi.

İstiqrazların ödəmə tarixi 23 aprel 2024-cü il.

Hərrac iştirakçıları 28 aprel 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər