16 C
Baku
Wednesday, May 1, 2024

Xəzinədar – DəmirBank ASC

“DəmirBank” ASC 24/7 rejimində fasiləsiz olaraq xidmət göstərən filial üçün “Xəzinədar” vəzifəsinə işəqəbul elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

 Növbəli qrafik üzrə 18:00-00:00, 00:00-09:00 iş saatlarında çalışır;
 İş qrafikinin əvvəlində növbə üzrə kassanı təhvil alaraq açır, nəğd pul vəsaitlərini və digər qiymətlilərin mövcudluğunu sayaraq yoxlayır;
 İnkassatorların gətirdikləri pulları və qiymətliləri qəbul edir;
 Kassadan məxaric sənədi (pul çeki, kassa məxaric orderi) ilə nağd pul verərkən məxaric sənədlərindəki bankın məsul şəxslərinin imzalarının həqiqiliyini imza nümunələri albomu ilə tutuşduraraq yoxlayır;
 Girov götürülmüş qızıl və zinət əşyalarını saxlanca qəbul edir və uçotunu aparır;
 Bankomatın inkassasiya olunması üçün kassetlərə qoyulan kupyurları seçib ayırır, bankomatdan çıxan yararsız pulları Bankın Pul anbarına və yaxud, MB Ərazi idarəsinə təhvil vermək üçün hazırlayır və təhvil verir;
 Pul çeki ilə MB Ərazi idarəsindən filialın sifariş etdiyi nağd pulları alıb, kassaya mədaxil edir;
 Kassa limitindən çox olan qalıq məbləğini Bankın Pul anbarına və yaxud MB Ərazi idarəsinə təhvil vermək üçün hazırlayır və təhvil verir.

Namizədə qarşı tələblər:

 Ali təhsil (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
 Riyazı biliklərə sahib olmalı;
 Mövcud sahədə minimum 1 illik iş təcrübəsi olmalı;
 Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
 Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xəzinədar” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər