15 C
Baku
Saturday, December 6, 2025

“X” sosial şəbəkəsi 120 milyon avro cərimələnib

Amerikalı milyarder və sahibkar İlon Maska məxsus “X” sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib.

Məlumatı “Bloomberg” agentliyi yayıb.

Cəriməyə səbəb platformanın kontent moderasiyası ilə bağlı Avropa İttifaqı qanunvericiliyini pozmasıdır.

Nəşr qeyd edir ki, bu addım Ağ Ev və Brüssel arasında yeni mübahisələrin yaranmasına səbəb ola bilər.

Qərarda bildirilir ki, Avropa Komissiyası “X” platformasındakı ödənişli “mavi nişan” simvolunun istifadəçiləri çaşdırdığını, platformanın araşdırmaçıların məlumatlara çıxışını məhdudlaşdırdığını və müvafiq reklam yerləşdirilməsini təmin etmədiyini müəyyən edib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər