12 C
Baku
Saturday, November 23, 2024

“X” sosial şəbəkəsi 2024-cü ildə ödəniş xidmətini işə salacaq

Dünyanın ən varlı adamı, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask 2024-cü il üçün planlarını bölüşüb. Milyarderin sözlərinə görə, onlardan biri “X” sosial şəbəkəsini çox funksiyalı tətbiqə çevirməkdir.

Son bir neçə ayda “X” onlayn ödəniş xidmətini işə salmaq üçün lazımi lisenziyaların alınmasında böyük irəliləyişlər əldə edib. Hələ dekabrda sosial şəbəkə platformada ödəniş xidmətini işə salmaq üçün ABŞ-ın 12 ştatından icazə alıb, hazırda onların sayı 14-ə çatır.

Maskın ideyasına görə, “X” istifadəçiləri platformanın digər istifadəçilərinə pul göndərə və bu vəsaitləri təsdiqlənmiş bank hesabına köçürə biləcəklər.

“X” öz platformasında bu il beynəlxalq pul köçürmə sisteminin işə salınmasının həm istifadəçilər, həm də kommersiya imkanlarını genişləndirəcəyi barədə elan yerləşdirib. Şirkət həmçinin yaxın bir ildə süni intellekt həllərini tətbiq etməyi düşünür.

  • Taglar
  • X
Son xəbərlər
Digər xəbərlər