-1 C
Baku
Friday, February 21, 2025

“X” sosial şəbəkəsi $44 mlrd. investisiya cəlb etmək üçün danışıqlar aparır

İlon Maskın “X” sosial şəbəkəsi 44 milyard dollar vəsait toplamaq üçün danışıqlar aparır. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Onun sözlərinə görə, investisiya məsələsi müzakirə olunur və yekun məbləğ hələ dəyişə bilər. Üstəlik, agentliyin mənbəsi əlavə edib ki, şirkət investor axtarışını tamamilə dayandıra bilər.

Agentlik yazır ki, nağd investisiya axtarışı 2022-ci ildə Maskın şirkəti almasından sonra sosial şəbəkənin kapitallaşmasının azalması ilə bağlıdır, çünki bir çox istifadəçi və reklamçılar onu tərk edib.

2022-ci il oktyabrın 27-də Mask “Twitter”i 44 milyard dollara alıb. O, daha sonra sosial şəbəkənin adını dəyişib. 2023-cü ildən Mask “X” şirkətinin sədri və texniki direktorudur, sosial şəbəkənin baş direktoru isə Linda Yakkarinodur.

Son xəbərlər
Digər xəbərlər