15 C
Baku
Friday, May 3, 2024

“X” sosial şəbəkəsi illik 1 dollara ödənişli abunə işə salıb

“X” sosial şəbəkəsi illik 1 dollara ödənişli abunəni sınaqdan keçirir, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, bu, şirkətə botlarla mübarizə aparmağa kömək edəcək.

Yeni abunə təqdim edilməsində məqsəd botlar və spam göndərənlərlə mübarizə aparmaqdır. Qiymətlər məzənnədən asılı olaraq dəyişəcək. Abunə artıq Yeni Zelandiya və Filippində işləməyə başlayıb.

Xatırladaq ki, “X” sosial şəbəkəsində premium abunə indi ayda 7.99 dollara başa gəlir. Yeni Zelandiya və Filippindəki istifadəçilərdən artıq “Bot deyil” proqramına abunə olub-olmamağı seçmək istənilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər