İlon Maska məxsus “X” sosial şəbəkəsi Braziliyada cərimə ödəyib və ölkədə fəaliyyətini bərpa etmək üçün icazə almaq niyyətindədir.
Agentliyin məlumatına görə, sentyabrın 26-da şirkət hakimiyyətin tələblərini yerinə yetirmək qərarına gəlib və məhkəmədən respublikada qoyulan qadağanın aradan qaldırılmasını istəyib. Bununla belə, Ali Məhkəmənin hakimi Alexandri Di Morais qərar verib ki, “X” əvvəlcə 5 milyon dollardan çox cərimə ödəməlidir.
ABŞ şirkətinin hüquqşünaslarının təqdim etdiyi sənədə görə, ümumilikdə 28,6 milyon real (5,24 milyon ABŞ dolları-red) məbləğində ödənişlər artıq edilib.
“X Brasil” istifadəçilərinin milli ərazidə sərbəst çıxışı üçün platformanın blokdan çıxarılmasını xahiş edir”, – “Reuters” onların bəyanatının mətnindən sitat gətirir.