9 C
Baku
Thursday, December 12, 2024

“X” sosial şəbəkəsi köhnə “Twitter” hesablarını 50 min dollara satır

İlon Mask artıq istifadə olunmayan köhnə “Twitter” hesablarını satmağa başlayaraq gəlir əldə etmək üçün yeni plan hazırlayıb. Çünki Maskın platformasında yerləşdirməyə başladığı məzmuna görə bir çox reklamçı platformanı tərk etməyə başlayıb.

Şirkət köhnə hesabları satmaqla reklam gəlirlərindəki böyük bir boşluğu doldurmağı planlaşdırır. “Forbes” yazır ki, “X” potensial alıcılara aktiv olmayan hesabı 50 min dollara almaq təklifləri göndərməyə başlayıb.

Reklam analitiklərinin təhlili göstərir ki, “X”in reklam gəlirləri İlon Mask platformanı aldıqdan sonra hər ay 55%-dən çox azalıb. Hesabın silinməsinin qarşısını almaq üçün “X” şirkəti istifadəçilərə ən azı 30 gündə bir dəfə ona daxil olmaları barədə xəbərdarlıq edir.

İlon Maskın “X” sosial şəbəkəsinə sahib olduğu ilk il ərzində şirkətin dəyəri gündə orta hesabla 70 milyon dollar azalıb. Xatırladaq ki, milyarder “Twitter”i 2022-ci ildə 44 milyard dollara alıb.

Son xəbərlər
Digər xəbərlər