“X” sosial şəbəkəsi “TikTok”a bənzər xidməti işə salıb. Ona daxil olmaq üçün tətbiqin alt panelindəki video bölməsinə keçid etmək kifayətdir. Xatırladaq ki, “TikTok” yanvarın 19-dan etibarən ABŞ-də fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Qeyd edək ki, tətbiqin daha əvvəl də şaquli videolara baxmaq funksiyası olub. Lakin indi bunun üçün ayrıca bölmə yaradılıb.
“X” sosial şəbəkəsi 21 dekabr 2024-cü il tarixindən “Premium+” abunəliyinin qiymətini ayda 22 dollara qaldırıb. Şirkət həmçinin “Premium+” abunəçiləri üçün axtarış sistemini işə salıb.