7 C
Baku
Thursday, December 12, 2024

«X» və «Y» nəzəriyyəsi

«X» və «Y» nəzəriyyəsi menecerlərin hərəkətlərini, onun idarəetmə fəaliyyətini izləyən amerikalı sosial psixoloq Duqlas MakQreqorun nəzəriyyələridir. MakQreqorun nəzərriyyəsinin sadəliyi və aydınlığı onların məşhurlaşmağına və problemə belə bəsit baxış üçün tənqid olmasına səbəb olmuşdu.

MakQreqor menecerlərin onlara tabe olanları ən azı iki üsul ilə idarə etdiklərini iddia edirdi. Bu üsullar insan təbiətinə iki müxtəlif baxış bucağının nəticələridirlər. Prinsipcə neqativ olan («X» nəzəriyyəsi despotikdir) və prinsipcə müsbət olan («Y» nəzəriyyəsi demokratikdir). Menecerlərin onlara tabe olan insanlara münasibətlərini izləyərək MakQreqor belə bir nəticəyə gəlmişdi ki, onların insan təbiətinə baxışları müəyyən təxmin sisteminə əsaslanır və bu sistem sonunda menecerlərə tabe olan insanlara qarşı münasibətlərini idarə edirlər.

«X» nəzəriyyəsi.

Bu nəzəriyyə insanın çalışmağı sevmədiyini, məsuliyyət və yaradıcılıq tələb edən işin öhdəsindn gələ bilməyəcəyini, insanı işləməyə məcbur edən yeganə səbəb isə əmək haqqı olduğunu iddia edir. Duqlas MakQreqor bu kompleks təxminləri «X» nəzəriyyəsi adlandırmışdı.

«X» nəzəriyyəsinə əsasən:

1. İnsanlar ilkin olaraq işləməyi sevmirlər və əllərinə düşmüş ilk fürsətdə işləməkdən qaçırlar.
2. İnsanlar şöhrətpərəst deyillər və onlar məsuliyyətdən qurtulmağa çalışaraq başqaların onları idarə etmələrinə üstünlük verirlər.
3. İnsanlar ən çox qorunmağı istəyirlər.
4. İnsanları çalışmağa məcbur etmək üçün məcburiyyətdən, nəzarətdən və cəzalandırma hədəsindən istifadə etmək lazımdır.

 «Y» nəzəriyəsi.

Bu nəzəriyyədə çalışanların yalnız ictimai mükafatlardan zövq aldıqlarını deyil, həmçinin əməyin özündən də zövq aldıqlarını deyilir. Əmək çox təbii bir haldır və istirahət kimi istənilən mükafatdır.
Yaradıcılığın və təxəyyülün çox yayıldığı təxmin edilir, lakin istehsalda işləmək bu bacarıqlarını inkişaf və onları nümayiş etməyə maneə olurlar. Və nəhayət, çalışanlar sadəcə adi məsələləri həll etməkdə məsuliyyət daşımırlar, hımçinin idarə etmədə də iştirak edirlər.

«Y» nəzəriyyəsinə əsasən:

1. Əmək təbii prosesdir. Əgər şərtlər yaxşı olsa, insanlar nəinki öz üzərilərinə məsuliyyət götürəcəklər, həmçinin buna can atacaqlar.
2. Əgər insanlar təşkilatı məqsədlərə öyrəşiblərsə, onlar özünü idarə etmədən və özünə nəzarət etmədən istifadə edəcəklər.
3. Öyrəşmək mükafatın funksiyasıdır və məqsədə çatmaqla əlaqəlidir.
4. Problemləri yaradıcı şəkildə həll etmək bacarığına tez-tez rast gəlmək olar, orta insanın intellektual potensialı isə qismən istifadə olunur.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.