2025-ci ilin noyabrında meyvə bağlarına rekord məbləğdə ödənişlər həyata keçirilib.
Banker.az xəbər verir ki, Xaçmaz rayonunda “Naxo Group” MMC-yə məxsus nektarin bağı şaxtavurma, Cığatay kəndindəki “Trek Service Engineering” MMC-yə məxsus badam bağı isə sel-subasma nəticəsində zərər görüb.
Hadisə barədə müraciət daxil olduqdan sonra Aqrar Sığorta Fondunun müstəqil ekspertləri əraziyə gələrək zərərin miqyasını müəyyən ediblər.
Nəticədə “Naxo Group” MMC-yə 712 482 manat, “Trek Service Engineering” MMC-yə isə 200 520 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Bu, Fond tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişlərindən biridir.
Ümumilikdə noyabr ayında meyvə bağlarına 2,5 milyon manat sığorta ödənişi edilmişdir.







