9 C
Baku
Sunday, November 17, 2024

Xaçmazda qanunsuz ət satan 15 məntəqə cəzalandırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Daxili İşlər Nazirliyinin və Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən qanunsuz heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, reydlər zamanı rayon ərazisində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi 15 məntəqə aşkar edilib. Belə ki, baytarlıq nəzarəti həyata keçirilmədən heyvan kəsimi və ət məhsullarının satışa çıxarıldığı məlum olub. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.

Aşkar olunmuş faktlarla bağlı Agentlik əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.

Son xəbərlər
Digər xəbərlər