26 C
Baku
Saturday, July 27, 2024

Xaçmazda qazın verilməsində məhdudiyyətlər yaranıb

Xaçmaz rayonunun qaz təchizatında məhdudiyyətlər yaranıb.

Rayonun Maqsudkənd kəndi ərazisində yeni çəkilmiş qaz xəttinin istismarda olan yeraltı qaz kəmərinə qoşulması ilə əlaqədar Xudat şəhərində və ətraf kəndlərdə 9 500 abonentə “mavi yanacağ”ın verilişində fasilələr yaranıb.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi yaranmış fasilə ilə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər