16 C
Baku
Monday, October 14, 2024

Xaçmazda uçan körpünün yerində inşa edilmiş yeni körpü istifadəyə verildi

Dekabrın 23-ü Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpü istifadəyə verilib.

Banker.az AZƏRTAC-a istinadən xəbər verir ki, ikiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metrdir.

Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Qudyalçay üzərində yerləşən körpü sel sularının təsiri nəticəsində cari ilin sentyabr ayında dağılıb.

Həmin aydan başlayan tikinti işləri 3 ay ərzində yekunlaşdırılıb. Avtomobil körpüsündə piyadaların hərəkəti üçün zolaqlar tikilib, kənarlarına məhəccərlər quraşdırılıb.

Körpü istifadəyə verildikdən sonra da mühafizə bəndlərinin və istinad divarlarının tikintisi davam edəcək.

Qeyd edək ki, üç ay əvvəl sel sularının təsiri ilə körpü uçmuş, avtomobil çaya düşmüş və bir neçə nəfər xəsarət almışdı.

w 1617033123405719422821 1200x630 2 4 378985166 1032890558157153 4088217436806389302 n korppppu

Son xəbərlər
Digər xəbərlər