12 C
Baku
Tuesday, October 1, 2024

Xaçmazda yeni fındıq emalı zavodu istifadəyə verilir – 2 milyon manatlıq layihə

Xaçmazda yeni fındıq emalı zavodu istifadəyə veriləcək.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Yeni zavod Xaçmaz rayonunun Xudat şəhərində tikilmiş “AZNUTS” MMC-nin  fındıq emalı zavodudur.

İldə 1,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 30-dən çox iş yeri açılacaq.

İnvestisiya dəyəri 2,7 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Nazirliyin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 mln. manat güzəştli kredit verilib.

Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər