Xaçmazda yeni fındıq emalı zavodu istifadəyə veriləcək.
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Yeni zavod Xaçmaz rayonunun Xudat şəhərində tikilmiş “AZNUTS” MMC-nin fındıq emalı zavodudur.
İldə 1,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 30-dən çox iş yeri açılacaq.
İnvestisiya dəyəri 2,7 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Nazirliyin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 mln. manat güzəştli kredit verilib.
Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.