29 C
Baku
Wednesday, July 24, 2024

Xakerlər taksi sifarişi tətbiqetməsinin vasitəsilə bank məlumatlarını oğurlayır

Banker.az xəbər verir ki, Kaspersky Lab Faketoken virusunun yeni versiyasını aşkar etdiyini elan edib. Sözügedən bu Android Trojan troyanı taksi sifarişi üzrə mobil tətbiqetmə istifadəçilərinin bank məlumatlarını oğurlayır.

Faketoken-in yeni versiyası hazırda əsas olaraq Rusiyadan olan istifadəçilərə hücum edir. Lakin hücumun miqyası daha əvvəlki Faketoken versiyalarında olduğu kimi genişlənə bilər.

Taksi sifarişi üzrə mobil tətbiqetmələr bank kartları ilə əlaqələndirilmiş olduğundan istifadəçilərin maliyyə məlumatlarını özündə saxlayır. Bu tətbiqetmələr milyonlarla cihazda quraşdırılıb ki, bu da istifadəçiləri kiberhücumların potensial qurbanına çevirir.

Faketoken virusunun yeni versiyası Android Trojan tətbiqetmənin fəaliyyətini izləyir və bank kartı məlumatlarını oğurlamaq üçün tətbiqetmənin orijinal pəncərəsinə oxşar fişinq pəncərə yerləşdirir.

Son xəbərlər
Digər xəbərlər