Banker.az Finextia nəşrinə istinadən xəbər verir ki, korporativ elektron ünvan, 35 domen, DNS və Braziliya bankının bütün IT-əməliyyatları xakerlər tərəfindən ələ keçirilib. Bu aşkar edilməzdən öncə, xakerlər təqribən 3 ay ərzində bank və müştərilərin gizli məlumatlarını əldə edib.
Adı açıqlanmayan bank 25 milyard dollar həcmində kapitala və Braziliya, ABŞ və Argentinada təqribən 5 milyon müştəriyə xidmət edən 500 filiala sahibdir.
Bankın məlumatlarının kiber cinayətkarlar tərəfindən mənimsənilməsi faktı keçən ilin oktyabr ayında, yəni bankın saytında zərərli proqramların olduğu aşkar edildikdə müəyyən edilir.
Online hücum haqqında ətraflı məlumat və detallar Security Analyst Summit summitində açıqlandı. Verilən məlumatlara görə, hücumu təşkil etmiş şəxslər öz fəaliyyətlərini bütün dünya üzrə 9 digər maliyyə təşkilatlarında da davam etmişlər.







