10 C
Baku
Wednesday, December 11, 2024

Xakerlər Ekvador bankından 9 milyon dollar oğurlayıb

The Wall Street Journal nəşrinin verdiyi məlumata görə, Ekvadorda Banco del Austro bankından keçən il həyata keçirilən kiberhücum zamanı 9 milyon dollar məbləğində pulun oğurlanması ilə əlaqədar cinayət işi açılmışdır.

Məlumatlara əsasən, qarət sxemi cinayətkarların Banqladeş Mərkəzi bankına etdikləri kiber hücumun sxemi ilə eynidir. Bu zaman xakerlər 81 milyon dollar oğurlaya bilmişdi. Hələ ki, bu iki cinayət hadisəsi arasında əlaqənin olub-olmaması naməlum olaraq qalır.
Təxminlərə əsasən, cinayətkarlar bankların kompüterlərində olan faylları oxumağı bacaran proqramdan istifadə etmişlər.

Bu proqram SWIFT bank hesablaşmaları üçün beynəlxalq sistemdən istifadə edir və onların identifikasiya şifrələrini oğurlayır.
Ekvador bankının vəkilləri öz istintaq ərizələrində bildirmişlər: “Təəssüflər olsun ki, SWIFT sistemində risk ilə bağlı heç bir yenilik yoxdur və bununla yanaşı, hazırda xakerlər müəyyən dərəcədə təkmilləşmişlər”.

Son xəbərlər
Digər xəbərlər