6 C
Baku
Sunday, December 15, 2024

“Xalis maliyyə aktivlərinin ÜDM-ə nisbəti 50%-dən çoxdur”

“Azərbaycanda xalis maliyyə aktivlərinin ümumi daxili məhsulun (ÜDM) dəyərinə nisbəti 50%-dən çoxdur”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

“Digər ölkələrlə müqayisəli təhlil göstərir ki, bu, yaxşı göstərici kimi hesab oluna bilər. Əksər ölkələrdə borc yükünün çox olması səbəbindən xalis maliyyə aktivləri mənfi rəqəmlə ifadə olunur”, – o bildirib.

“Xalis maliyyə aktivləri makrofiskal təhlilin əsas göstəricilərindən hesab olunur. Bu öhdəliklərin örtülməsi qabiliyyətini göstərən, başqa sözlə maliyyə öhdəliklərinin örtülməsindən sonra dövlətin maliyyə aktivlərini əks etdirən göstəricidir. Xalis naliyyə aktivlərinin çox olması müəyyən mənada fiskal dayanıqlılıq qarşısında yarana biləcək risklərin də yumşaldılmasına xidmət edə bilər”, – V.Gülməməmədov əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər