18 C
Baku
Friday, November 22, 2024

Xalq Bank 2024-cü ilin III rübünün yekunlarını açıqladı

®2024-cü ilin III rübünün yekunlarına əsasən, ASC “Xalq” Bankının aktivlərin həcmi stabillik göstərərək 2.942 mlrd. manat təşkil etmişdir. Kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 5.1% artaraq 1.982 mlrd. manat təşkil etmişdir. 2024-cü ilin III rübünün sonuna Bankın “banklar və digər maliyyə institutları istisna olmaqla” depozitlərinin həcmi 1.981 mlrd. manat təşkil etmişdir.

2024-cü ilin III rübünün sonuna Bankın xalis mənfəəti 54.0 mln. manat, cəmi kapitalı 500.4 mln. manat təşkil etmişdir. Hesabat dövrünün sonuna Bankın faiz gəlirləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 17.3%, yəni 20.1 mln manat daha çox olmaqla 136.5 mln manat, qeyri-faiz gəlirləri 56.8%, yəni 11.6 mln. manat artaraq 32.1 mln manat təşkil etmişdir. 

Beləliklə, 2024-cü ilin III rübünün nəticələrinə əsasən, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank yenidən ölkənin ən böyük özəl banklarının üçlüyündədir. 

Həmçinin, ötən rüb ərzində Moody’s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın 2023-cü il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsinə yüksəldib. Reytinq üzrə proqnozu “stabil” olmaqla yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsinə, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CR Assessments) Ba2/NP səviyyəsinə yüksəldib.

Qeyd edək ki, ölkənin aparıcı banklarından olan Xalq Bank 2024-2026-cı illər üçün müəyyənləşdirdiyi İnkişaf Strategiyasının icrasını uğurla davam etdirir. Növbəti 3 il ərzində Bank yüksək korporativ idarəetmə standartı tətbiq edən müştəri yönümlü, universal və texnoloji bank olmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir. Həmçinin qeyd edək ki, Bankın fəaliyyətində göstərdiyi davamlı və dayanlıqlı inkişaf və səhmdar kapitalının səmərəli istifadəsinin nəticəsi olaraq, Bankın maliyyə imkanlarının genişləndirilməsi məqsədilə Səhmdarların Ümumi yığıncağında bölüşdürülməmiş mənfəət hesabına Bankın nizamnamə kapitalının 415 milyon manata çatdırılması barədə qərar qəbul edilmişdir.

Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər