“Xalq Bank” 2020-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Bank 2020-ci ili 25 775 min manat xalis mənfəətlə başa vurub. 2019-cu ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 33 447 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
2020-ci ildə “Xalq Bank”ın faiz gəlirləri 103 447 min manat (7% az), qeyri-faiz gəlirləri 27 508 min manat (45% çox), faiz xərcləri 19 676 min manat (2% çox), qeyri-faiz xərcləri 54 261 min (2% az) manat olub.
2020-ci il tarixində “Xalq Bank” 2 353 091 min manat aktivlərə malik olub ki, bu da illik müqayisədə bankın aktivlərinin 4% azalması deməkdir. Bunun 1 475 123 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli ötən il 19.4% azalıb.
2020-ci ildə bankın cəmi öhdəlikləri 1 916 303 min manat olub ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 6% azalması deməkdir. Bankın depozit portfeli isə 1 590 492 min manat təşkil edib. Beləliklə, “Xalq Bank”ın depozit portfeli 7.3% azalıb.
Ötən il “Xalq Bank” 436 788 min manat cəmi kapitala malik olub. Bank 2019-cu ilin sonunda 419 730 min manat kapitala malik idi. Belə ki, “Xalq Bank”ın kapitalı 4% artıb.