®Azərbaycan Banklar Assosasiyasının təşkilatçılığı ilə 29 fevral 2024-cü il tarixdə baş tutan “Bankçılıq Mükafatları-2023” tədbirində Xalq Bank 3 nominasiya üzrə mükafat qazanıb.
Xalq Bank “Rəqəmsal ödənişlərdə təhlükəsizləyə dair maarifləndirmə layihəsində iştirak”, “Korporativ Sosial Məsuliyyət” və “Özünüməşğulluq proqramında iştirak” nominasiyalarının qalibi olub.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.