“Xalq Bank” 8 mln. dollar dəyərində avrobond alıb

2016-cı maliyyə ili ərzində “Xalq Bank” ASC “Cənub Qaz Dəhlizi” QSC-nin buraxdığı 8 mln. dollar dəyərində avrobond (istiqraz) alıb.

Bankın 2016-cı il üzrə audit hesabatına istinadən, istiqrazlara Azərbaycan Respublikasının suveren zəmanəti verilib.

İstiqrazlar üzrə gəlirlilik 6,875% təşkil edir. Ödənişlər ildə iki dəfə – martın 24-ü və sentyabrın 24-ü yerinə yetirilməlidir.

Son ödəniş müddəti 2026-cı il olan qiymətli kağızlar İrlandiya Fond Birjasında yerləşdirilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər