ASC “Xalq” Bankının müraciətinə əsasən Bakı Fond Birjası 25 avqust 2025-ci il tarixindən üzvlüyünə qəbul etmişdir. Beləliklə, Bakı Fond Birjasına üzv olan şirkətlərinin sayı on üçə yüksəlmiş oldu.
Banker.az xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında qeyd edilir.
ASC “Xalq” Bankı ölkənin investisiya xidmətləri həyata keçirilməsinə lisenziya alan ilk bankı oldu. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən ASC “Xalq” Bankı ölkənin investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə icazə verilən ilk bankı oldu.
Bu mühüm addım ölkənin bank sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur. Bu lisenziya ASC “Xalq” Bankına geniş spektrli maliyyə xidmətləri təqdim etmək imkanı verəcək. Bununla da, müştərilərinə kapital bazarlarında geniş imkanlar açan Xalq Bank onlara qiymətli kağızlarla əməliyyatların aparılması və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata keçirmək imkanı qazandıracaq.
Bakı Fond Birjası şəffaflığı, hesabatlılığı və bazar bütövlüyünü təşviq edərək, dayanıqlı inkişaf və sabitliyi dəstəkləyən əlverişli bir mühit yaratmağı hədəfləyir.