24 C
Baku
Thursday, September 4, 2025

Xalq Bank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) tərəfdaşıdır

®31 avqust – 5 sentyabr 2025-ci il tarixlərdə 49-cu Beynəlxalq Proqramlaşdırma
Müsabiqəsinin (ICPC – International Collegiate Programming Contest) Dünya Finalı
Azərbaycanda keçirilir. ICPC Foundation tərəfindən təşkil olunan müsabiqə ADA
Universitetinin ev sahibliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı,
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyilə həyata keçirilir.
Rəqəmsallaşma təşəbbüslərini dəstəkləyən Xalq Bank bu mühüm qlobal tədbirin
Azərbaycan Banklar Assosiasiyası çərçivəsində tərəfdaşlarından biridir.

Yarışmada 70-dən artıq ölkəni təmsil edən 140-a yaxın universitet komandası iştirak
edəcək. Gənc proqramçılar yarışma ərzində alqoritmik düşüncə, problem həll etmə
bacarıqları və komanda işi üzrə biliklərini nümayiş etdirəcəklər. Qeyd edək ki, Dünya
Finalında ölkəmizi ADA Universiteti və Bakı Ali Neft Məktəbi (BANM) təmsil edəcək.

Xalq Bank bu mühüm layihəni dəstəkləməklə ölkəmizdə rəqəmsal mühitin inkişafına
və gənclərin IT sahəsində bilik və bacarıqlarının artırılmasına töhfə verir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial
şəbəkəsindən, https://www.xalqbank.az/  rəsmi internet səhifəsindən, 138 Çağrı
mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər