21 C
Baku
Monday, October 6, 2025

“Xalq Bank” BFB-də ilk investisiya əməliyyatını reallaşdırdı

ASC “Xalq Bank” 2025-ci ilin sentyabrında Bakı Fond Birjasında 270 min manatlıq investisiya dövriyyəsi aparıb.

Banker.az xəbər verir ki, bu, BFB-də indiyə qədər qeydə alınan ilk hadisədir. Bankın BFB-dəki ümumi dövriyyəsinin hamısı səhmlərdə aparılıb.

Qeyd edək ki, Xalq Bank Azərbaycanda investisiya xidmətlərini həyata keçirmək üçün lisenziya əldə edən ilk və yeganə bankdır.

Bankların həyata keçirdiyi əsas və yardımçı investisiya xidmətlərinə isə müştəri sifarişlərinin qəbul və icrası, qiymətli kağızlarla əməliyyatların aparılması, eləcə də qiymətli kağızların saxlanması və idarə olunması daxildir.

Son xəbərlər
Digər xəbərlər