ASC “Xalq Bank” daha 3 – biznes, avtokredit və istehlak kreditlərinin faiz dərəcələrini artırıb.
Banker.az xəbər verir ki, bu “Təmir” “Avtomobil və “Biznes” krediti məhsullarıdır.
Bank tərəfindən təklif olunan hər üç kreditin illik faiz dərəcəsini 16%-dən artıraraq 20%-ə (Avtomobil kreditində 20-28%) qaldırıb. Bundan əlavə Biznes Krediti məhsulunu bundan sonra xarici valyutada deyil milli valyutada verəcək.
Lakin, xatırladaq ki, Xalq Bank hazırda kreditin faiz dərəcəsini Respublikada ən aşağı faizlə kredit verən bankların siyahısındadır.
Ümumiyyətlə faiz artımı bu həftənin bazar ertəsindən başlayaraq həyata keçirib. Belə ki, ötən xəbərlərimizdə də bu haqda məlumat dərc olunmuşdu. Hətta bir güzəştli kredit adı altında bazara çıxardığı krediti ləğv edib.