31 C
Baku
Friday, July 19, 2024

Xalq Bank biznes müştəriləri üçün Ticarət platformasını təqdim etdi!

®Ölkənin aparıcı banklarından olan Xalq Bank onlayn Ticarət platformasını tətbiq  etməklə  valyuta mübadiləsi əməliyyatlarının operativ həllini təqdim etdi. XalqOnline sistemində istifadəyə verilən yeni platforma Bankın sahibkar və korporativ müştərilərinin valyuta alqı-satqı əməliyyatlarını sürətli və rahat şəkildə icra etməyə imkan yaradan  müasir rəqəmsal bank xidmətidir. 

Xalq Bank müştərisi Ticarət platforması üzərindən Bankın təyin etdiyi gündəlik məzənnələrə baxmaq, ona maraqlı valyuta cütlüklərini təyin edərək məzənnələri izləmək və sərfəli şərtlərlə əqd bağlamaq imkanı əldə edir. Platforma üzərindən Banka göndərilən valyuta mübadiləsi sorğusu 2 dəqiqə ərzində onlayn rejimdə cavablandırılır. Müştəri, həmçinin alqı-satqı əməliyyatı üçün Banka öz məzənnə təklifini göndərə və onlayn cavab gözləyərək vaxt itirmədən əqdi bağlaya bilər. Əlavə olaraq Bank real vaxt rejimində güzəştli məzənnə ilə konvertasiya əməliyyatlarının aparılması üçün xüsusi təkliflər verə bilər: bu zaman müştəri XalqOnline mobil tətbiqi vasitəsilə aktual təklif barədə xəbərdaredici mesaj alır.

Xidmətdən yararlanmaq üçün heç bir əlavə yükləmə və ya qoşulma tələb edilmir. Müştəri kompüter və ya mobil telefondan XalqOnline sistemindəki kabinetinə daxil olaraq müvafiq bölməyə keçid etməklə əməliyyatlara başlaya bilər.

 XalqOnline dünyanın istənilən nöqtəsindən ölkədaxili və beynəlxalq pul köçürmələri, konvertasiya, əməkhaqqı ödənişləri, toplu  və şablon üzərindən  ödənişlər həyata keçirməyə, həmçinin hesab qalığı və əməliyyatlar üzrə çıxarışlar əldə etməyə imkan verən rahat  internet və mobil bankçılıq sistemidir.

Bank məhsulları, eləcə də yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz. 

Son xəbərlər
Digər xəbərlər