3 C
Baku
Saturday, December 14, 2024

“Xalq Bank” böyüyüb, gəlirləri və mənfəəti artıb

“Xalq Bank” 2020-ci ilin birinci rübünü 9 milyon 44 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 7 milyon 199 min manat olub. Belə ki, “Xalq Bank”ın xalis mənfəəti 26% artıb.

Banker.az bu barədə bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.

Cari ilin yanvar-mart aylarında bankın cəmi gəlirləri 35 milyon 448 min manat (illik müqayisədə 18% çox), cəmi xərcləri isə 16 milyon 396 min manat (5% az) təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 441 min manat ayrılıb.

“Xalq Bank”ın cəmi aktivləri 2 282,9 milyon manat olub ki, bu da illik müqayisədə aktivlərin 3% artması deməkdir. Bunun 1 665,3 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, “Xalq Bank”ın kredit portfeli 14% böyüyüb.

“Xalq Bank”ın öhdəlikləri 4% azalaraq 1 861,7 milyon manat, balans kapitalı isə 49% artaraq 421,2 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər