16 C
Baku
Sunday, May 19, 2024

Xalq Bank I rübün yekunlarını açıqladı

®2024-cü ilin I rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan Xalq Bankın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 12.5% artaraq 3 mlrd manatı keçmiş, kredit portfelinin həcmi 2.3% artaraq 1 853.7 mln manat təşkil etmişdir. Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 226.8 mln manat təşkil etmişdir ki, bu da 2023-cü ilin I rüb göstəriciləri ilə müqayisədə 17.1%, yəni 325.3 mln manat çoxdur.

2024-cü ilin I rübünün sonuna Bankın xalis mənfəəti ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 47%, yəni 5.3 mln manat artaraq 16.5 mln manat, cəmi kapitalı 461.4 mln manat təşkil etmişdir.

Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər