ASB “Xalq” Bankı 2024-cü ilin birinci yarısı üzrə də irihəcmli gəlirlərlə bərabər xalis mənfəət əldə edib. Bank hesabat müddətində 111.02 milyon manatlıq cəmi gəlir və 34 milyon manatlıq xalis mənfəət əldə edib ki, bununla da ölkənin dördüncü ən iri xalis mənfəət əldə edən bankına çevrilib.
Banker.az xəbər verir ki, bu barədə bankın 30 iyun 2024-cü il tarixinə olan maliyyə hesabatında bildirilir.
Bankın ümumi gəlirləri 2023-cü ilin müvafiq dövründə 86.57 mln. manat idi. Cari ildə bu göstərici 28 faiz yüksəlib.
“Xalq Bank”ın faiz gəlirləri 90.85 mln. manat, qeyri-faiz gəlirləri 20.16 mln. manat olarkən, faiz xərcləri 23.85 mln. manat, qeyri-faiz xərcləri isə 44.46 mln. manat olub.
Beləliklə, bankın əməliyyatı 2024-cü ilin ilk iki rübünə 42.7 mln. manat olub.
2023-cü ilin ilk yarısı bankın xalis mənfəəti 37.91 mln. manat olmuşdu.
“Xalq Bank”ın cəmi aktivləri 3 mlrd. 95 mln. manat, cəmi öhdəlikləri 2 mlrd. 615.9 mln. manat, cəmi kapitalı isə 479.09 mln. manatdır.