7 C
Baku
Wednesday, December 24, 2025

Xalq Bank istiqraz buraxılışına start verir

®Ölkənin aparıcı maliyyə qurumlarından olan ASC “Xalq” Bankı istiqraz emissiyası üzrə abunə yazılışını elan edir. Bank, tədavülə hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd adlı, faizli, sənədsiz və təmin edilməmiş istiqraz buraxır. 

İstiqrazların müddəti 24 ay, gəlirliliyi illik 9% təşkil edir. İstiqrazlar üzrə faiz ödənişi dövrü 90 gün təşkil edir. 

Emissiyanın anderraytinq xidmətini “Xalq Kapital” İ.Ş. QSC təmin edəcəkdir.

Qeyd edək ki, abunə yazılışı 26 dekabr 2025-cı il tarixində başa çatır.

Xalq Bank istiqrazlarına investisiya müştərilərə sabit və etibarlı gəlir əldə etmək imkanı verir. Bu addımla, Bank müştərilərin maliyyə sabitliyini dəstəkləyir, həmçinin yerli kapital bazarının inkişafına töhfə verir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər