23 C
Baku
Friday, April 26, 2024

Xalq Bank kartları ilə Hesab.az-da ödəniş edin, hədiyyələr qazanın!®

Xalq Bankı Hesab.az portalı ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi xüsusi kampaniyalar, təşkil etdiyi əlverişli aksiyalarla mütəmadi olaraq müştəriləri sevindirir.

24 dekabr 2019-cu – 7 yanvar 2020-ci il tarixləri arası Hesab.az portalında Xalq Bankın ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar kart sahiblərinə müxtəlif növ hədiyyələr qazandıracaq. Bunun üçün Hesab.az səhifəsində qeydiyyatdan keçmək, kommunal xidmətlərin, stasionar və mobil rabitə operatorların, kabel televiziyası və internet provayderlərin ödənişlərini bu səhifə vasitəsilə həyata keçirmək kifayətdir      ( bank, sığorta və qeydiyyatsız ödənişlər isitsna olmaqla).

Hədiyyələr aşağıda göstərilən ödəniş məbləğləri üzrə müəyyən edilir: 45 – 74.99 AZN-dək olan ödənişlər üzrə mobil linza; 75 – 119.99 AZN-dək olan ödənişlər üzrə səsgücləndirici; 120 AZN və daha çox ödənişlər üzrə isə powerbank təqdim olunacaqdır.

8 Yanvar 2020-ci il tarixdə kampaniya qaliblərinə Hesab.az tərəfindən mail və SMS vasitəsilə bildiriş göndəriləcək. Qaliblər hədiyyələrini 7 Fevral 2020-ci il tarixədək Hesab.az-ın ofisindən əldə edə biləcəklər.

Məlumat üçün bildirmək istərdik ki, hər istifadəçinin yalnız 1 (bir) dəfə iştirak etmək hüququ var. 

Hesab.az – Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradaraq müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, parkinq, onlayn sığorta, kinoteatra bilet və s. xidmətlərin alışını/ödənişini təşkil edir.

Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı www.xalqbank.az saytından və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər