21 C
Baku
Tuesday, June 24, 2025

Xalq Bank Milli Depozit Mərkəzinə üzv oldu

Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ölkədə investisiya xidmətlərinin həyata keçirilməsinə icazə verilən ilk bank olan Xalq Bank Milli Depozit Mərkəzinə üzv oldu. Bununla bağlı, 23 iyun tarixində tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum kapital bazarının inkişafı istiqamətində birgə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdə tutur.

Milli Depozit Mərkəzinin üzvü olmaqla, Xalq Bank fiziki və hüquqi şəxslərə birbaşa investisiya xidmətləri təklif edə biləcək. Bu, müştərilərə maliyyə portfelini səmərəli idarə etməyə və qiymətli kağızlar bazarının imkanlarından faydalanmağa şərait yaradır. Beləliklə, Xalq Bank müştəriləri xidmətdən yararlanaraq kapital bazarında qiymətli kağızların alış-satış əməliyyatlarını həyata keçirə biləcək. Bu, müştərilərə kompleks və etibarlı maliyyə həlləri təklif etməyə imkan verməklə yanaşı, eyni zamanda ölkənin investisiya bazarlarının inkişafına töhfə verəcəkdir. Qeyd edək ki, səhm və istiqrazlarla əməliyyatların Bankın XalqOnline mobil tətbiqi vasitəsilə rahatlıqla icrası mümkündür.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az//  rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

relizin ichindeki foto 1 scaled

relizin ichindeki foto 2 scaled

relizin ichindeki foto 3 scaled

Son xəbərlər
Digər xəbərlər