18 C
Baku
Wednesday, October 30, 2024

“Xalq Bank” ötən il 60 nəfəri işçi heyətinə qatıb

“Xalq Bank”ın işçilərinin sayı 31 dekabr 2020-ci il tarixinə 753 nəfər təşkil edib.

Banker.az bu barədə bankın audit hesabatına istinadən xəbər verir.

31 dekabr 2019-cu il tarixinə isə “Xalq Bank”ın işçilərinin sayı 693 nəfər olub ki, bu da illik müqayisədə 60 nəfərin artması deməkdir.

Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50 %-i “İdeal Business Co.” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i “Euro Standard” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 16,15 %-i isə “AMAL Invest Group” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər