13 C
Baku
Saturday, November 23, 2024

“Xalq Bank” səhmdarlarına 60 mln. manat dividend ayırıb

ASC “Xalq” Bankın illəri xalis mənfəətlə davam etdirməsi ardından onun səhmdarları mənfəətin bir hissəsini dividend kimi əldə ediblər.

Banker.az bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

2024-cü ilin ilk rübündə səhmdarlar bankdan 60.08 mln. manat dividend əldə ediblər.

Belə ki, 2024-cü ilə qədər bank ard-arda xalis mənfəət əldə etdiyi üçün onun bölüşdürülməmiş mənfəəti yüksəlmişdi.

“Xalq Bank” 2020-ci ildə 25.77 mln. manat, 2021-ci ildə 27.29 mln. manat, 2022-ci ildə 27.21 mln. manat, 2023-cü ildə 52.07 mln. manat xalis mənfəət əldə etdiyi halda bu ilin təkcə ilk rübündə bu göstərici 16.53 mln. manat təşkil edib.

Bankın səhmdarları 2020-ci ildən 2023-cü ilə qədər hər il müvafiq olaraq 7.26 mln. manat, 5.72 mln. manat, 5.44 mln manat və 29.08 mln. manat həcmində dividend əldə ediblər.

Son açıqlamaya görə, bankın səhmdarları 50%-lə “Ideal Business Co.” şirkəti, 33.85%-lə “Euro Standard” şirkəti və 16.15%-lə “Foton” şirkətidir.

İlin əvvəlində bankın kapital balansında bölüşdürülməmiş mənfəətin həcmi 112.18 mln. manat təşkil edirdi.

Bankın hazırda 364.77 mln. manat nizamnamə kapitalı, 68.05 mln. manat bölüşdürülməmiş mənfəəti və 28.57 mln. manat ümumi kapital ehtiyatı var.

 

Son xəbərlər
Digər xəbərlər