15 C
Baku
Friday, April 26, 2024

 Xalq Bank yarımilə yekun vurdu: bütün göstəricilər üzrə sabit artım

 Xalq Bank yarımilə yekun vurdu: bütün göstəricilər üzrə sabit artım

2019-cu ilin II rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib. Bankın aktivləri 2019-cu ilin altı ayı ərzində 6.33% artaraq 2,135.27 mln manat təşkil edib. Kredit portfelinin həcmi 2018-ci ilin sonu ilə müqayisədə 10.13% artaraq 1,522.64 mln manata çatıb. Bu ölkənin bank sektorunda ən yüksək göstəricilərdən biridir.

Cari ilin 1 iyul tarixinə bankın cəmi kapitalı 399.24 mln manat, nizamnamə kapitalı isə 139.69 mln manat artırılaraq 364.77 mln manata çatdırılmışdır. Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi cari ilin altı ayı ərzində 10.35% artaraq 1,389.81 mln manata çatıb. Bank I yarımilliyi 15.66 mln manat xalis mənfəətlə başa vurub, bu göstərici üzrə Xalq Bank ötən ilin anoloji dövrü ilə müqayisədə 27.16% artıma nail olub.

Cari ilin birinci yarımillikdə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri Xalq Bankın ölkənin maliyyə sektorunun lider banklardan biri olduğunu təsdiqləyir və bankın mövqeyini daha da möhkəmləndirmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər