9 C
Baku
Thursday, December 12, 2024

“Xalq Bank”a məxsus şirkət əmlak icarəyə verməklə gəlirlərini böyüdüb

“Xalq Bank” ASC-nin səhmlərinin 98,36% pay sahibi olduğu “Bakı Ayaqqabı-2” ASC (2 saylı Bakı Ayaqqabı Fabriki) ötən il ərzində 379 min manat xalis mənfəət əldə edib.

Banker.az bu barədə “Bakı Ayaqqabı-2”nin maliyyə hesabatına istinadən bildirir.

Ötən il ərzində investisiya əmlakının icarəsindən 419 min manat gəlir əldə edib. 2018-ci illə müqayisədə 60 min manat (17%) daha çox gəlir əldə etməsi deməkdir.

Əlavə olaraq, investisiya əmlakının yenidən qiymətləndirilməsindən gələn gəlir 278 min manat təşkil edib.

Bundan əlavə 257 min manat işçilər üzrə xərc, 43 min manat inzibati xərclərə vəsait yönəldib. Nəticədə müəssisənin əməliyyt mənfəəti 397 min manat təşkil edib.

“Bakı Ayaqqabı-2”nin cəmi əmlakı 7 milyon 589 min manatdır,bunun 7 mln. 315 min manatı investisiya əmlakıdır.

“Xalq Bank”ın ötən il bu səhmdar cəmiyyətdə payı 98,36%-dən 98,41%-ə qədər artıb. Bildirməliyik ki, 2017-ci ildə bankın payı 98,25% təşkil edirdi.

“Bakı Ayaqqabı-2” – hər bir səhmi 2 manat olmaqla ümumi 5 588 288 manatlıq nizamnamə kapitalı var. 1980-ci ildə fəaliyyət göstərməklə əsas fəaliyyət sahəsi ayaqqabı istehsalı olub. Lakin, ASC 1999-cu ildən fəaliyyini dayandırıb. Audit hesabatında qeyd edilir ki, bununla bank səhmdar cəmiyyətin investisiya əmlakını istifadə etmək məqsədi dayanır.

Həmin investisiya əmlakı isə Bakıda, Heydər Əliyev prospekti, 106 ünvanında (5 saylı ASAN Xidmətlə üzbə-üz olan binadır.

Son xəbərlər
Digər xəbərlər