28 C
Baku
Saturday, July 27, 2024

Xalq Bankda “Biznes günləri” – yeni korporativ müştərilər üçün güzəştlər!

®Xalq Bank biznes sahiblərinə sərfəli əməkdaşlıq şərtlərindən yararlanmaq və bank xərclərini azaltmaq imkanı verən kampaniyaya start verir.

3 ay davam edəcək kampaniya müddətində Xalq Bankda yeni hesab açan hüquqi şəxs və fərdi sahibkarlara 06 oktyabr tarixədək aşağıdakı bank komissiyalarına 50% güzəşt tətbiq ediləcək:

  • əməkhaqqı köçürmələri;
  • ölkədaxili manat köçürmələri; 
  • ölkəxarici valyuta köçürmələri; 
  • nağdlaşdırma. 

Xalq Bank müştərisi olmaqla biznes sahibləri həm də Bankın təklif etdiyi bir sıra bank məhsul və xidmətlərindən PULSUZ yararlana biləcəklər:

  • сari hesabın açılması;
  • 3 illik əməkhaqqı kartları; 
  • biznes kartları; 
  • konvertasiya əməliyyatı; 
  • XalqOnline İnternet və Mobil Bankçılıq sisteminə qoşulma. 

Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də https://www.xalqbank.az/ saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər