31 C
Baku
Tuesday, July 1, 2025

“Xalq Bank”da səhmdarların pay bölgüsü dəyişib

“Xalq Bank”da səhmdarların pay bölgüsü dəyişib. Bu barədə Trend bankın saytına istinadən məlumat verir.

Səhmdarların pay bölgüsü bankın nizamnamə kapitalının 7,4 faiz – 211,65 milyon manatadək artırılması nəticəsində dəyişib.

Belə ki, “Amal Invest Group”un səhmdar payı 16,15-dən 15,05 faizədək (31,84 milyon manat) azalıb.

Digər səhmdarların – “EuroStandard” və “Ideal Business Ko”nun payları müvafiq olaraq 71,6 milyon (33,85 faiz) və 105,8 milyon manatadək (50 faiz) artıb.

Son xəbərlər
Digər xəbərlər