23 C
Baku
Saturday, April 27, 2024

“Xalq Bank”da təyinat olub

ASC “Xalq” Bankının Xəzinədarlıq idarəsinin rəisi dəyişib.

Banker.az xəbər verir ki, Fərəc Axundov oktyabr ayından etibarən bankın Xəzinədarlıq idarəsinin rəisi təyin edilib.

O, bu vəzifədə Rövşən İsmayılovu əvəz edib. Hazırda R.İsmayılov Bankın Risklərin idarə edilməsi idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, F.Axundov 2019-2023-cü illər ərzində Birja əməliyyatları şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

Xatırladaq ki, hazırda Xalq Bankda 20 idarə rəisi var. Onlardan dördü İdarə Heyətinin üzvü, ikisi isə baş idarə rəisləridir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər