17 C
Baku
Tuesday, May 28, 2024

“Xalq Bank”da yeni təyinat olub

ASC «Xalq Bank»ın indiyə qədər vakant olan Biznesin inkişafı idarəsi, marketinq və satışın təşkili şöbəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

Bu barədə Banker.az-a banka yaxın olan mənbədən məlumat daxil olub.

Məlumata görə, cari ilin noyabr ayından başlayaraq bu vəzifə Tural Qulubəyliyə həvalə edilib. Təyinatı Banker.az-a Bank da təsdiq edilib.

Bildirək ki, T. Qulubəyli 4 ilə yaxındır ki, «Xalq Bank»da çalışırdı və onun bankdakı sonuncu vəzifəsi «Biznesin İnkişafı İdarəsində» idi.

Qulubəyli, ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında alıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər