®Xalq Bank müştərilərə qiymətli əşya, pul və sənədlərini rahatlıqla etibar edəcəkləri depozit seyfi xidməti üzrə kampaniyaya start verir.
Müştərilər yeni kampaniyadan yararlanaraq depozit seyfini icarəyə götürərkən ödəniş məbləğində 30 %-dək endirim qazanacaqlar. Endirimli kampaniya Xalq Bankın regionlardakı bütün filiallarına və Bakı şəhərində yerləşən “Yubiley” filialına şamil olunur. Təklif 31 mayadək qüvvədədir.
Qeyd edək ki, seyflərin icarə qiyməti qutunun ölçüsündən və icarə müddətindən asılı olaraq dəyişir. İcarə haqqı aylıq 3.5 AZN-dən başlayır.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.