®4 oktyabr – 31 dekabr tarixləri arası Xalq Bankdan kredit alan hər kəs Visa Classic, Visa Gold və ya Visa Platinum debet kartı qazanacaq.
Xalq Bank sentyabrdan başlayaraq kredit faizlərini kəskin endirərək onları daha sərfəli etdi. Kreditlərin müddəti uzadıldı, şərtlər daha sadələşdirildi. Hazırda Xalq Bankdan istehlak kreditini illik 12 %-dən, biznes kreditini 10 %-dən, daxili ipoteka kreditini isə 22 il müddətinə, illik 9 %-dən başlayan faiz dərəcələri ilə almaq mümkündür. İstehlak kreditlərinin müddəti 72 ayadək uzadılmış, əməkhaqqı layihələri üzrə təminatsız kreditlərin məbləği 20 000 manatadək artırılmışdır. Kredit üzrə komissiya cəmi 0,1 % təşkil edir.
Hər kredit alan müştəriyə hədiyyə edilən Visa debet kartı ilə alış-veriş olduqca sərfəlidir. Müştərilər bu kartlarla daim müxtəlif imtiyazlar qazanır, əlverişli tərəfdaş təkliflərindən yararlanır, çoxsaylı aksiyalarda iştirak edirlər. Xalq Bankın ödəniş kartları üzrə əməliyyatlar XalqOnline tətbiqi vasitəsilə 24/7 rejimində daha rahat və əlverişlidir. Tətbiqi həm AppStore-dan (https://apple.co/3myf1cf), həm də Google PlayMarket-dən (https://bit.ly/39MSsuw) pulsuz yükləmək olar.
Xalq Bankın ödəniş kartları, kredit və digər məhsulları haqqında daha ətraflı məlumatı Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.